İrəvan aeroportunda sərnişindən 13 kq kokain götürülüb
13 noyabr 2015 06:12 (UTC +04:00)

İrəvan aeroportunda sərnişindən 13 kq kokain götürülüb

0

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ötən gün İrəvan aeroportunda  üzərində külli miqdarda narkotik vasitə olan Polşa vətəndaşını saxlayıblar. APA-nın “RİA Novosti”yə istnadən verdiyi xəbərə görə, narkotik vasitə Polşa vətəndaşı 1980-cı il təvəllüdlü Rafal Zelbertin baqajına təkrar baxış keçirilərkən aşkarlanıb. San Paulu – Dubay – İrəvan tranzit reysi ilə Ermənistana gəlmiş əcnəbinin baqajına təkrar baxış keçirilərkən onun çamadanından 13 polietilen paketdə 13 kq kokain aşkarlanıb. Müsadirə edilmiş narkotik vasitənin azı 4 mln dəyərində olduğu bildirilir.     

 

Zelbert saxlanılıb, araşdırma davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 425

Oxşar yazılar