İraq təhsil nazirinin avtomobil karvanının getdiyi yolda güclü partlayış baş verib.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, bu haqda briqada generalı Məhəmməd əd-Duleymi ölkənin “əs- Sumariya” telekanalına müsahibəsində bildirib.
“Bomba İraqın şimalında Kərkük şəhərinin cənub-qərbinin 90 km-liyindəki əl-Mənziliyyə kəndində partladılıb. Basqında hədəf nazirin avtomobili olub”-deyə, o, söyləyib.
Generalın sözlərinə əsasən, nə nazir, nə də onu müşayiət edənlər xəsarət almayıb.