İraqın şimalından İsrailə neftlə dolu tanker gedib
21 iyun 2014 05:10 (UTC +04:00)

İraqın şimalından İsrailə neftlə dolu tanker gedib

İraqın şimalından ilk neft yaxın zamanda İsrail terminalına boşaldılacaq.

 

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, bu xəbəri “Röyter” yayıb.

 

Məlumata əsasən, İraqın şimalını idarə edən kürdlər bu yaxınlarda Bağdaddan yan keçməklə neft ixrac etməyə başlayıblar.

 

Mənbə bildirib ki, İsrailin Aşkelon rayonu sahillərinə “SCF Altai” tankeri  lövbərini atıb. Gəmi iyunun 21-də boşaldılmalıdır.

 

İraqın şimalından ixrac edilən nefti İsrailin alacağı hələ ki bilinmir. Ola bilsin bu partiya İsrail terminalında başqa bir alıcı üçün nəzərdə tutulub.

 

İsrailin energetika naziri özəl neft-emalı müəssisələrinin sövdələşmələrini şərh edə bilməyəcəyini söyləyib.

 

Yəhudi dövlətindəki şirkətlər indiyədək İraqın şimalını idarə edənlərdən kiçik partiyalarla neft alıblar. Mənbə qeyd edib ki, “SCF Altai” tankeri İsrailə Türkiyənin Ceyhan limanından getməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 832

Oxşar yazılar