Bir neçə ay önə seçilmiş İraq parlamenti birinci iclasdan sonra avqustun 12-dək toplantıları dayandırıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu qərar İraqın ərazi bütövlüyü təhlükə ilə üz-üzə olduğu, vətəndaş savaşının gücləndiyi bir vaxtda qəbul edilib.
Deputatlar birinci iclasda hökuməti formalaşdıra bilməyib. Kürdlərini və sünnilərin təmsilçiləri indiki baş nazir Nuri əl-Malikinin koalision hökumət qurulması təklifinə etiraz olaraq, parlament zalını tərk ediblər.