İraqın ən iri neft-emalı zavodu bağlanıb
18 iyun 2014 03:05 (UTC +04:00)

İraqın ən iri neft-emalı zavodu bağlanıb

İraqın Bəyci şəhərində yerləşən ən iri neft-emalı zavodu işini dayandırıb.

 

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, buna səbəb Bağdadın 400 km-liyində yerləşən Mosul şəhərinin “İraq Şam İslam Dövləti” tərəfindən ələ keçirilməsi göstərilib.

 

Bəyci Mosula yaxın şəhərdir. Zavodun bağlanması ilə bağlı qərarı müəssisə rəhbərliyi qəbul edib. Neft Emalı zavodunun müdiriyyəti bildirib ki, müəssisə işləyərsə, o zaman yaraqlılar onu atəş tutar, bu zaman daha çox ziyan dəyər.

 

İraqda daha iki neft emalı zavodu fəaliyyət göstərir. Onların hər ikisi Bağdaddadır. Bəyci isə ölkənin şimal hissəsində yerləşir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856

Oxşar yazılar