İraqın baş naziri: "İŞİD" Fransada və ABŞ-da metroda partlayışlar planlaşdırır
25 sentyabr 2014 23:28 (UTC +04:00)

İraqın baş naziri: "İŞİD" Fransada və ABŞ-da metroda partlayışlar planlaşdırır

İraqın baş naziri Heydər əl Abadi BMT Baş Assambleyasının sessiyası çərçivəsində jurnalistlərlə görüşü zamanı bildirib ki, İraq kəşfiyyatı terrorçuların Parisdə və ABŞ-ın bir neçə şəhərində metroda terror aktları törətmək planlarının üstünü açıb.
 
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Heydər əl Abadi qeyd edib ki, terror aktları “İslam Dövləti” qruplaşmasının xarici ölkələrdən olan üzvləri tərəfindən planlaşdırır. Baş nazir terror aktlarının qarşısının alınmadığını bildirib. Onun sözlərinə görə, o, qeyd olunan təhlükə barədə artıq BMT-ni məlumatlandırıb.
 
Onun sözlərinə görə,  “İslam Dövləti”nin planları qruplaşmanın bir neçə üzvünün həbsindən sonra məlum olub. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 694
avatar

Oxşar yazılar