İraqda üç partlayış: 15 ölü, 60 yaralı
24 avqust 2014 00:07 (UTC +04:00)

İraqda üç partlayış: 15 ölü, 60 yaralı

0

İraqın Kərkük şəhərində bir birinin ardınca üç terror aktı törədilib.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 15 nəfər ölüb, 60 nəfər xəsarət alıb.

 

Shafaq News portalının məlumatına əsasən, terrorçular minalanmış avtomobillərdən istifadə edib. Digər təfərrüatlar barədə hələlik məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 747

Oxşar yazılar