İraq hakimiyyəti partlayışla bağlı xəbər yayıb. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, intiharçı seçki məntəqəsinə basqın edərək, özünü partladıb. Nəticədə azından 30 nəfər həlak olub.
Xatırladaq ki, aprelin 30-da ölkədə parlament seçkiləri keçiriləcək. Xaricdəki İraq vətəndaşları ölkənin səfirliklərində səs verəcək.
İraq prezidenti Cəlal Talabani insultdan sonra Almaniyada müalicə olunur. Onun Berlində səs verəcəyi gözlənilir.
ABŞ qoşunları ölkədən çıxandan sonra bu İrqada keçirilən ilk parlament seçkisidir.