İraqda İŞİD-in maliyyə mərkəzi məhv edildi
12 yanvar 2016 04:35 (UTC +04:00)

İraqda İŞİD-in maliyyə mərkəzi məhv edildi

0

ABŞ-a məxsus hərbi təyyarələr İraqın Mosul şəhərində İŞİD-in külli miqdarda nağd pul saxladığı binaya hava zərbələri endirib.

 

APA-nın məlumatına görə, bu barədə CNN telekanalı hərbi mənbələrə istinadən xəbər verib.

 

Məlumata əsasən, adıçəkilən binadan terrorçular cari əməliyyatların həyata keçirilməsi üçün istifadə ediblər. “Söhbət milyonlardan gedir”, deyə mənbə bildirib.

 

Bildirilir ki, iki 900 kiloluq mərmi terrorçuların tikilisini yerlə-yeksan edib. Hadisə nəticəsində ölən və yaralananlar barədə dəqiq məlumat verilmir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 461

Oxşar yazılar