İraqda iranlı pilot həlak olub
05 iyul 2014 23:15 (UTC +04:00)

İraqda iranlı pilot həlak olub

0

İyulun 5-də Tehran rəsmi olaraq, bəyan edib ki, iranlı pilot İraqda “əl-Qaidə” terrorçularına qarşı döyüşdə həlak olub.

 

Lent.az-ın “RİA Novosti” -yə istinadən məlumatına görə, İranın informasiya vasitələri bildirib ki, polkovnik Şücaət Ələmdari Murcanini ölümünün baş vermə səbəb araşdırılır.

 

Məlumata əsasən, o, Samara şəhərinin müdafiə zamanı həlak olub.

 

Mənbə xatırladıb ki, bir müddət öncə Tehranın İraqa iki min hərbçi göndərdiyinə dair xəbərlər yayılmışdı. Bundan başqa İrandan hər gün Bağdada iki nəqliyyat təyyarəsinin uçduğu, hər uçuşda 70 tonadək silah-sursat və hərbi texnika daşıdığı da bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1063

Oxşar yazılar