İraqın paytaxtı Bağdad şəhərinin meri vəzifəsinə ölkə tarixində ilk dəfə olaraq qadın seçilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə hökumət nümayəndəsi bildirib.
Məlumata görə, Bağdadın meri vəzifəsinə Ali Təhsil Nazirliyinin baş direktoru Zikrə Əlvish təyin olunub. Qeyd edək ki, İraqda indiyədək mer vəzifəsi qadına həvalə edilməmişdi.
“İraqın baş naziri Heydər Əl Abadi meri vəzifəsindən Naim Əbbudu azad edərək bu posta Zikrə Əlvişi təyin edib”, deyə İraq hökumətinin nümayəndəsi bildirib.