İyulun 25-də İraqın Tuz-Hurmatu şəhərində, üzgüçülük hovuzunda bir-birinin ardınca iki partlayış baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 12 nəfər ölüb, 45 nəfər xəsarət alıb.
Partlayışların iki terrorçu-kamikadze tərəfindən törədildiyi bildirilir. Məlumata əsasən, ölən və yaralananların əksəriyyəti iraq türkmənləridir.
Hələlik hadisəyə görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.