İraqda əsir götürülən Türkiyə vətəndaşları 28 gündən sonra sərbəst buraxılıb.
Lent.az-ın Xarici KİV-ə istinadən məlumatına görə, bu xəbəri Türkiyənin baş naziri Əhməd Davudoğlu özünün "Twitter" hesabından yayımlayıb. Baş nazir bildirib ki, əsr düşən 16 işçi Bağdadda olan Türkiyə səfirliyinə təhvil verilib: “Vətəndaşlarımızın hər biri ilə telefonla danışmışam. Sağlıqları yerindədir. İşlər gedir, tez bir zamanda vətənə gələcəklər”.
Qeyd edək ki, sentyabrın 2-də paytaxt Bağdadda tikinti şirkətində işləyən 16 Türkiyə vətəndaşı şiə qruplaşmaların daxil olduğu terror təşkilatı tərəfindən əsir götürülmüşdü. Terror təşkilatı 2 gün əvvəl əsir götürdüyü şəxsləri azad etdiyini bildirsə də, Türkiyənin Xarici İşlər Nazirliyi bu xəbəri təsdiqləməmişdi.