İraqın qərbində Anbar əyalətində təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında baş verən silahlı toqquşma nəticəsində 30 hərbçi həlak olub, 50-dən çox insan yaralanıb.
Lent.az-ı “İTAR-TASS”-a istinadən məlumatına görə, atışma əl-Fəlluca şəhərinin cənubunda Zaubaa rayonunda «İraq İslam dövləti və Levanta» yaraqlılarının mövqeyi top atəşinə tutulduqdan sonra başlayıb. Yaraqlılar İraq ordusunun bir neçə dayaq məntəqəsini və körpünü ələ keçirib.
Mənbə xatırladıb ki, 2013-cü il dekabrın 21-dən Anbar əyalətində terrorçuluğa qarşı əməliyyat davam edir.