İraq təhlükəsizlik qüvvələrinin ölkənin qərb bölgəsində keçirdikləri əməliyyat nəticəsində 60 “İŞİD” silahlısı məhv edilib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat Ənbər əyalətinin Əl-Kayim bölgəsində həyata keçirilib.
Əməliyyata İraq Hərbi-Hava Qüvvələrinin də cəlb olunduğu bildirilir. İraqın daxili işlər nazirliyinin açıqlamasında “İŞİD”-in Ənbər əyalətindəki bir neçə liderinin öldürüldüyü qeyd edilir.