Türkiyə qoşunlarını İraq ərazisindən çıxarmayacağı təqdirdə Bağdad bütün qanuni vasitələrdən istifadə etməyə hazırdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ərəb Dövlətləri Liqasının təcili toplantısından sonra İraqın xarici işlər naziri İbrahim əl Cəfəri bildirib.
“Biz hələlik hədə-qorxu gəlmirik. Lakin təhlükəsizliyimizə və ərazi bütövlüyümüzə təhlükə davam edərsə, mən bu hücuma cavab üçün bütün qanuni vasitələrdən istifadə edəcəyəm. Bütün variantlar mümkündür”, deyə İraq XİN rəhbəri bildirib.
Qeyd edək ki, Ərəb Dövlətləri Liqasının XİN rəhbərləri ötən gün Qahirədə keçirdikləri növbədənkənar toplantıda qəbul etdikləri qərarda Türkiyə hökumətini qoşunlarını İraqdan dərhal və qeyd-şərtsiz çıxarmalıdır.
“ƏDL Türkiyənin İraq ərazisinə qoşun yeritməsini pisləyir və Türkiyə hökumətindən ordu qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir”, deyə ƏDL baş katibinin müavini Əhməd Ben Xelli qeyd edib