İraq parlamenti ölkənin şimal bölgəsində fövqəladə vəziyyət (FV) rejiminin tətbiq edilməsi haqda məsələyə səs verməyib.
Lent.az-ın "BBC"-yə istinadən məlumatına görə, son günlər islamçı sayılan "İraq Şam İslam Dövləti" silahlı qruplaşması ölkənin şimalındakı bir neçə şəhəri ələ keçirib.
İraqın baş naziri Nuri əl-Maliki bölgədə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi təşəbbüsü ilə çıxışı edərək, parlamenti bu haqda qərar qəbul etməyə çağırmışdı. Ancaq məsələnin həlli üçün yetərsay olmayıb. Mənbə bildirib ki, deputatların səsvermədə iştirak etməməsi İraqın siyasi eltiasında parçalanmanın göstəricisidir.