İraq Hərbi Hava Donanaması “İraq Şam İslam Dövləti» (İŞİD)yaraqlılarının ələ keçirdiyi şəhərlərə havadan zərbə endirməyə başlayıb. Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Səlahəddin əyalətinin mərkəzi şəhəri Tikrit və Bəci rayonunun bombalanması nəticəsində 40 nəfər ölüb, 30 nəfər isə yaralanıb.
Mənbə bildirib ki, Tikritdəki Səddam və Bəcidəki əl-Fətih məscidlərinin də bombalandığı bildirilib.
Məlumata əsasən, İŞİD cümə namazı zamanı həmin məscidlərdəki xalqı tövbə edərək, İraqın baş naziri “Maliki hökumətinin himayəsindən çıxmağa” çağırışı etmişdi.
İraq rəsmiləri baş verənlərlə bağlı açıqlama verməyib.