Tikrit İŞİD-dən azad edilib - YENİLƏNİB
29 iyun 2014 02:15 (UTC +04:00)

Tikrit İŞİD-dən azad edilib - YENİLƏNİB

İraqın şimalındakı Səlahiddin əyalətinin valisi Əhməd Abdullah əl-Cuburi Tikrit şəhərinin “İraq Şam İslam Dövləti” yaraqlılarından geri alındığı bildirib.

 

Lent.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, o, deyib ki, havadan dəstəklənən İraq ordusu dörd istiqamətdən İŞİD-ə zərbələr endirib.

 

Mənbə xatırladıb ki, ölkədəki hakimiyyət boşluğundan istifadə edən İŞİD və bəzi tayfa birlikləri İraqın Mosul, Tikrit, Bakuba, Telafər şəhərlərini nəzarət altına almışdı. Bundan başqa Ənbar əyalətinin əl-Kaim, Rəva, Ateh, Ratbe, Hadisə qəsəbələri də İŞİD-çilərin əlinə keçmişdi. 

***

22.39

İraq ordusu Tikrit şəhərinin İŞİD qüvvələrindən azad etmək üçün xüsusi əməliyyata başlayıb.


 

Lent.az-ın “İTAR-TASS”a istinadən məlumatına görə, əməliyyata  zirehli texnika və döyüş vertolyotları cəlb olunub. 

 

Bundan əvvəl yayılmış məlumata əsasən, İŞİD yaraqlıları Tikritdə əsir götürülmüş 160-dan çox hərbçini edam ediblər.  

 

Xatırladaq ki, İŞİD qüvvələri Tikriti iyunun 11-də ələ keçiriblər.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1970

Oxşar yazılar