Könüllülərin dəstəyi ilə İraq ordusu “İraq Şam İslam Dövləti” yaraqlılarından Tikriti azad edib.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, şəhər azad edilməsində havadan vertolyotların dəstəyi əsas rol oynayıb.
“İŞİD”-çiləri Dəclə çayından şərqə qovularaq, çıxarılıb.
İraqın hərbi komandanı Qasım Atta bildirib ki, Tikrit şəhəri ilə yanaşı onun yaxınlığındakı Aluca rayonu da yaraqlılardan təmizlənib. Onun sözlərinə görə, Samara və Aluca şəhərini birləşdirən 50 km-lik magistral yol da terrorçulardan azad edilib.