İraq ordusu İŞİD-in nəzarətində olan ərazilərin yarısını azad edib
29 dekabr 2015 15:02 (UTC +04:00)

İraq ordusu İŞİD-in nəzarətində olan ərazilərin yarısını azad edib

İraq ordusu İŞİD-in nəzarəti altında olan ərazilərin təxminən yarısını azad edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İraq hökuməti yanında məlumat mərkəzinin rəhbəri Saad əl Hədisi bildirib.

 

“Əsgərlərimiz 2014-cü ilin yayından etibarən İŞİD-in nəzarəti altında olan ərazilərin 48 faizini azad ediblər. Ramadi şəhərinin azad edilməsi İraqərazilərinin azad olunmasını sürətləndirəcək strateji qələbədir”, - deyə o vurğulayıb.

 

Xatırladaq ki, dünən İraqın baş naziri Heydər əl Abadi 2016-cı ilin İŞİD üzərində böyük qələbə ili olacağını bəyan edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 205
avatar

Oxşar yazılar