İraq ordusu ölkənin Fəlluca bölgəsində İraq Şam (Dəməşq) İslam Dövləti (İDİD) yaraqlılarına qarşı hərbi əməliyyat keçirib.
Lent.az-ın “Anadolu” agentliyinə istinadən məlumatına görə, 50 yaraqlı öldürülüb, daha on nəfər isə yaralanıb.
Məlumata əsasən, əməliyyatda təşkilata məxsus 3 texnikanın məhv edildiyi də bildirilib.
Mənbə bildirib ki, İraq ordusu “Tayfa İnqilabçıları” adlandıran silahlı qrupla İraq Şam İslam Dövləti terror təşkilatına qarşı ölkənin Ənbar və ətrafında rayonda təxminən 4 aya yaxındır əməliyyat keçirir.