İraq İŞİD-lə mübarizədə Türkiyədən kömək istədi
26 dekabr 2014 05:36 (UTC +04:00)

İraq İŞİD-lə mübarizədə Türkiyədən kömək istədi

0

İraqın baş naziri Heydər əl Abadi  İŞİD terror qruplaşması ilə  mübarizədə Türkiyənin dəstək verəcəyinə  ümid bəsləyir.  

 

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə o ötən gün İstanbula səfəri zamanı deyib.

 

“İŞİD tək İraq və Türkiyə üçün deyil, bütövlükdə, bütün bölgə üçün təhlükədir. Əməkdaşlığa böyük zərurət var. Biz məhz bunu Türkiyədən gözləyirik”, deyə əl Abadi qeyd edib.     

 

Onun sözlərinə görə, əməkdaşlıq fəaliyyətin müxtəlif sahələrini əhatə edə bilər: kəşfiyyat xarakterli  məlumatların mübadiləsi, hərbçilərin hazırlanması və təlimi, silah-sursatla təminat və s.  

 

Türkiyənin baş naziri Əhməd Davudoğlu öz növbəsində Türkiyənin İraqa istənilən yardımın göstərilməsinə hazır olduğunu bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar