İran-İraq müharibəsi zamanı (1980-1988-ci illər) həlak olmuş 93 iranlı hərbçinin cəsədlərinin qalıqları İrana qaytarılıb.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, müvafiq addım İraq rəhbərliyinin qərarına əsasən atılıb.
Cəsədlərin qalıqlarının qaytarılması mərasimi İran-İraqsərhədindəki Şalamça sərhəd-keçid məntəqəsində baş tutub. Cəsədlərin qalıqlarının qaytarıldığı əsgərlərin əksəriyyəti 1998-ci ildə Fao yarımadası və Məcnun adalarında həlak olub.
Tabutlar İranın Ahvaz şəhərinə gətirilib. Matəm mərasimindən sonra cəsədlərin qalıqları torpağa tapşırılacaq.