İrandan olan 8 miqrant ağızlarını tikərək Fransanın Kale şəhərində yerli hakimiyyət qurumlarının qaçqın düşərgəsinin sökülməsinə dair qərarına etiraz ediblər. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, aksiyada iştirak edən miqrantlar əllərində plakatlarla düşərgənin ərazisində yürüş keçiriblər.
Məlumata görə, etiraz edən iranlı etirazçıların düşərgədə məskunlaşdığı daxma fevralın 29-da uçurulub.
Qeyd edək ki, fevralın 29-dan etibarən Kaledəki qaçqın düşərgəsi Fransanın müvafiq qurumları tərəfindən sökülməyə başlayıb. Düşərgədə 4 mindən çox qaçqın məskunlaşıb. Söküntü işləri zamanı polis miqrantlara qarşı gözyaşardıcı qadan istifadə edib.