İranlı general hakimiyyəti BMT-yə yeni səfir təyin etməyə çağırıb
20 aprel 2014 05:44 (UTC +04:00)

İranlı general hakimiyyəti BMT-yə yeni səfir təyin etməyə çağırıb

İran ordusunun generalı Məhəmməd Bağırzadə Tehranı BMT-yə təyin etdiyi daimi nümayəndəni, Həmid Əbutalibi dəyişməyə çağırıb.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Bağırzadə deyib ki,  Əbutalibi 1980-ci ildə, İran-İraq savaşı zamanı iki oğlunu itirən anasına qulluq etməlidir.

 

Xatırladaq ki, ABŞ Həmid Əbutalibiyə viza verməkdən imtina edib. O, 1979-cu ildə ABŞ-ın İrandakı səfirliyinin işğalında və əməkdaşlarının girov götürülməsində iştirakda ittiham olunur. Həmid Əbutalibi isə bu iddiaları təkzib edir.

 

Rəsmi İran BMT-yə yeni səfir təyin etməyəcəyini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524
avatar

Oxşar yazılar