İran İnqilab Keşikçiləri Qvardiyasının generalı Əmir Hacızadə Suriyadakı rejimin başçısı Bəşar Əsədlə bağlı iddialı açıqlama verib.
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, o, deyib ki, İran istədiyi üçün Bəşar Əsəd iqtidarda qala bilib.
Əmir Hacızadə deyib: “Dünyanın 86 ölkəsi Bəşar Əsədin getməsini, Suriyada hakimiyyətin dəyişməsini istəyir. Ancaq İran bunu istəmədiyindən onlar məğlub oldular”.