İranla danışıqlar daha 4 ay uzadıldı
19 iyul 2014 05:35 (UTC +04:00)

İranla danışıqlar daha 4 ay uzadıldı

0

İranın atom problemi ilə bağlı danışıqların daha 4 ay uzadılmasına dair “altılıq”la Tehran arasında razılıq əldə edilib.

 

Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, iyulun 19-da gecə saatlarında qəbul edilən bu qərara əsasən, danışıqların müddəti  noyabrın 24-dək uzadılıb.

 

Xatırladaq ki, 2013-cü il noyabrın 24-də tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən, iyulun 20-dək İranın atom-nüvə proqramının dinc xarakterli olmasını təsdiqləyən sənəd imzalanmalı idi. Bundan sonra Tehran hakimiyyətinə tətbiq edilən sanksiyaların aradan qaldırılacaqdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 635

Oxşar yazılar