İranla Çin arasında ticarət dövriyyəsi 600 mlrd. dollara çatdırılacaq
23 yanvar 2016 20:23 (UTC +04:00)

İranla Çin arasında ticarət dövriyyəsi 600 mlrd. dollara çatdırılacaq

İranla Çin qarşılıqlı ticarət dövriyyəsinin artırılması barədə razılığa gəlib.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, razılıq İran prezidenti Həsən Ruhani ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında keçirilən görüşdə əldə olunub.

 

H. Ruhani bildirib ki, qarşıdakı 10 il ərzində ikitərəfli ticarətin həcminin 600 milyard dollaradək çatdırılması barədə qərar qəbul edilib.

 

Qeyd edək ki, ÇXR sədri Si Cinpin Tehrana Yaxın Şərq turnesi çərçivəsində səfər edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 269
avatar

Oxşar yazılar