İranla bağlı danışıqların tarixi dəyişdirildi
07 yanvar 2015 00:19 (UTC +04:00)

İranla bağlı danışıqların tarixi dəyişdirildi

0

İran və "altılıq" ölkələri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya) arasında nüvə danışıqlarının növbəti raundu 2015-ci ilin yanvarın 15-də yox, 18-də keçiriləcək. APA-nın verdiyi xəbərə görə, bu barədə TASS diplomatik dairələrdəki mənbəsinə istinadən məlumat yayıb.  

 

“Bu qrafik bütün tərəfləri qane edəcək. Bu səbəbdən görüşü yanvarın 18-də Cenevrədə keçirmək qərara alınıb”, deyə mənbə bildirib.

 

Bundan əvvəl görüşün yanvarın 15-də keçiriləcəyi bildirilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar