İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri başa çatıb
09 aprel 2014 19:36 (UTC +04:00)

İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri başa çatıb

 İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri başa çatıb.

 

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, danışıqlar aprelin 8-9-da BMT-nin Vyanadakı ofisində mübahisəli məsələlərin həlli məqsədilə baş tutub.

 

İki gün sürən müzakirələrdən sonra tərəflər yekun razılaşma layihəsinin hazırlanması mərhələsinə daxil olublar. Müzakirələrdə Ərak ağır su nüvə reaktoru, uranın zənginləşdirilməsinin səviyyəsi, sanksiyaların aradan qaldırılması, dincməqsədli nüvə texnologiyası sahəsində beynəlxalq əməkdaşlıq, Cenevrə razılaşmasına uyğun olaraq Birgə Fəaliyyət Proqramındakı addımlar kimi məsələlər əsas müzakirə mövzusu olub. Danışıqlar İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun rəhbərliyi altında öz işinə başlayıb, daha sonra müavinlər səviyyəsində davam etdirilib. Bundan bir gün əvvəl M.C.Zərif və K.Eşton işgüzar şam yeməyində bir araya gələrək ikigünlük danışıqların əsas mövzularını təyin ediblər.

 

Eyni zamanda İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı, ABŞ dövlət katibinin müavini Vendi Şerman, həmçinin Rusiya və Çin nümayəndələri ilə görüşüb. Bundan başqa, İranla Böyük Britaniya arasında da ikitərəfli nüvə müzakirələri keçirilib. Eyni zamanda İranla “altılıq” ölkələri Cenevrə razılaşmasının qüvvəyə minməsinə maneə törədən amillərin müəyyənləşdirilməsi və aradan qaldırılması məqsədilə müştərək komissiya yaradıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 433
avatar

Oxşar yazılar