İranla “altılıq” arasındakı anlaşma ABŞ-ın mövqeyinə görə baş tutmayıb
10 iyul 2015 11:20 (UTC +04:00)

İranla “altılıq” arasındakı anlaşma ABŞ-ın mövqeyinə görə baş tutmayıb

 

İranla “altılıq” ölkələri arasındakı anlaşma ABŞ-ın tutduğu mövqeyə görə baş tutmayıb.

 

APA-nın “Fars” agentliyinə istinadən verdiyi xəbərə görə, İranın dövlət televiziyası danışıqların son saatlarında Qərb dövlətlərinin mövqelərini sərtləşdirdiyini və İranın nüvə energetikasının inkişafının mümkünlüyünü rədd etdiyini açıqlayıb.

 

Avropa İttifaqının komissarı Federika Moqerini isə cümə axşamı bəyan edib ki, mühüm siyasi qərarlar qəbul olunmasa, İranın nüvə proqramına dair razılaşma pozulacaq.

 

 

Öz növbəsində ABŞ dövlət katibi Con Kerri vurğulayıb ki, Vaşinqton razılaşmanın keyfiyyətinin zərərinə  danışıqları sürətləndirmək niyyətində deyil. O həmçinin Amerikanın "sonsuza qədər” danışıqlar masası arxasında oturmaq niyyətində olmadığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 237
avatar

Oxşar yazılar