İrana qarşı sanksiyaların götürülməsi hələ razılaşdırılmayıb
30 iyun 2015 01:44 (UTC +04:00)

İrana qarşı sanksiyaların götürülməsi hələ razılaşdırılmayıb

0

“Altılıq” və İran Vyanada Tehranın nüvə proqramı ilə bağlı danışıqlar zamanı sanksiyaların götürülməsi məsələsində hələlik razılığa gəlməyiblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbər görə, bu barədə qərbin nümayəndə heyətindəki yüksək vəzifəli diplomatik mənbə bildirib.  

 

“Bu məsələ hələlik razılaşdırılmayıb”, - deyə o bildirib.

 

Qeyd edək ki, “Altılıq” və İran Tehranın nüvə proqramına dair yekun sazişlə bağlı danışıqlar aparır. İkin razılaşmaya əsasən yekun sənədin iyunun 30-dək hazırlanması planlaşdırılır.  

 

Bundan əvvəl İran XİN rəhbəri Məhəmməd Cavad Zərif sanksiyaların dərhal götürülməsini tələb edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar