İranın terrorçu dəstə zərərsizləşdirilib
12 iyul 2015 05:18 (UTC +04:00)

İranın terrorçu dəstə zərərsizləşdirilib

İran sərhədçiləri ölkənin şərqində yaxşı silahlanmış terrorçu dəstəsini zərərsizləşdirib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İran Sərhəd Qoşunlarının komandanı general Qasım Rezayi bildirib.   

 

Onun sözlərinə görə, zərərsizləşdirilmiş dəstə Mircavi şəhəri yaxınlığında sərhədi keçərək iranlı sərhədçilərə hücum edib. Generalın sözlərinə görə, dəstənin tərkibində döyüş aparmaq və terror aktları törətmək təcrübəsinə malik müxtəlif ölkələrdən olan muzdlular olub: “İki saatadək davam edən döyüş nəticəsində dəstə tamamilə məhv edilib, üç silahlı əsir götürülüb. Onlar hazırda dindirilir”

 

Məlumata görə, hadisə yerindən terrorçulara məxsus xeyli sayda atıcı silahlar, üç top qurğusu, fuqas tipli partlayıcı qurğular və işıq-səs qumbaraları götürülüb.  

 

Rezayinin sözlərinə görə, silahlılar hakimiyyət nümayəndələrinə qarşı terror aktları, Zahedan, Kirman və Bam şəhərlərində partlayışlar törətməyi planlaşdırıbmış. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 313

Oxşar yazılar

Bu əraziyə qar yağdı,  şaxta var

Bu əraziyə qar yağdı, şaxta var

24 may 2025 , 15:22
Çində insanabənzər robotlar döyüşdürüldü

Çində insanabənzər robotlar döyüşdürüldü

24 may 2025 , 07:32
"Mazda" Rusiyada avtomobil satışlarını bərpa etdi

"Mazda" Rusiyada avtomobil satışlarını bərpa etdi

24 may 2025 , 05:02
Rusiya Odessanı ballistik raketlərlə  vurdu: ölənlər var

Rusiya Odessanı ballistik raketlərlə vurdu: ölənlər var

23 may 2025 , 23:23
Kişi arvadının ögey atası  oldu - GÖRÜN NECƏ?

Kişi arvadının ögey atası oldu - GÖRÜN NECƏ?

23 may 2025 , 18:56
12-ci mərtəbədən  yıxılan qadın sağ qaldı

12-ci mərtəbədən yıxılan qadın sağ qaldı

23 may 2025 , 18:01
Türkiyədə DƏHŞƏT:  ölən turistin ürəyini oğurladılar

Türkiyədə DƏHŞƏT: ölən turistin ürəyini oğurladılar

23 may 2025 , 15:27
Alimlər səkkizinci  qitəni tapdılar - TƏFƏRRÜAT

Alimlər səkkizinci qitəni tapdılar - TƏFƏRRÜAT

23 may 2025 , 15:13