İranın Şərqi Azərbaycan vilayətində zəlzələ baş verib.
APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Şərqi Azərbaycan vilayətinin Heris şəhərinə təsadüf edib.
Zəlzələ aprelin 6-da Bakı vaxtı ilə saat 07:13-də 3 bal gücündə olub və yerin 4 km dərinliyində meydana gəlib. Təbii fəlakət Herisdən 13 km, Əhərdən 15 km və Bəxşeyşdən 25 km uzaqlıqda baş verib.
Dağıntı və tələfat yoxdur.