İranın vitse-prezidenti bu gün səhər saatlarında avtomobil qəzası keçirib.
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri, xanım Məsumə Ebtekar dərhal xəstəxanaya çatdırılıb.
Onun çiynindən ciddi xəsarət aldığı və bu gün günortadan sonra əməliyyat olunacağı bildirilir.