İranın provlemi İstanbulda müzakirə olundu
30 yanvar 2015 06:31 (UTC +04:00)

İranın provlemi İstanbulda müzakirə olundu

0

İstanbulda Fransa, Almaniya və Böyük Britaniyanın nümayəndələri İran XİN rəhbərinin müavini ilə İranın  nüvə probleminə dair danışıqlar aparıblar. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə,  İranı danışıqlarda XİN rəhbərinin müavinləri Abbas Əraqçı və Məcid Taxt-Rəvançı təmsil edib. Avropa ölkələri tərəfindən danışıqlarda Nikolya Qarye (Fransa), Hans Ditrix Lukas (Almaniya) və Sayman Qass (Britaniya) iştirak edib. Görüş zamanı tərəflər İranın nüvə probleminin nizamlanması istiqamətində  birgə səyləri müzakirə edib.    

 

 

Danışıqlar fevralın 8-də Təhlükəsizlik üzrə Münhen konfransında XİN rəhbərləri səviyyəsində Davam etdiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 762

Oxşar yazılar