İranın neft dolu ilk tankeri Avropaya yola düşüb
15 fevral 2016 10:53 (UTC +04:00)

İranın neft dolu ilk tankeri Avropaya yola düşüb

0

İran İslam Respublikası sanksiyaların ləğvindən sonra neftlə dolu ilk tankeri Avropaya yola salıb. Rusiyanın “Lukoil” şirkətinin yüklərinin daşınmasını həyata keçirən "Litasco" şirkətinə məxsus tanker Fars Körfəzindəki Xark adasında yerləşən terminaldan yola çıxıb.

 

APA-nın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, yaxın saatlarda Fransa, İspaniya və Çin şirkətlərinə məxsus tankerlərə də neft yüklənərək Avropaya göndəriləcək. İxrac olunacaq neftin ümumi həcmi 4 milyon bereldir.

 

Qeyd edək ki, İranın vitse-prezidenti Eshaq Canahgiri mart ayına qədər neft ixracının gündə 1, 5 milyon barelə çatıdrılacağını söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar