İranın məşhur həbsxanasının rəisi işdən azad edilib
24 aprel 2014 07:42 (UTC +04:00)

İranın məşhur həbsxanasının rəisi işdən azad edilib

İranın Tehranda yerləşən məşhur “Evin”  həbsxanasının rəisi Qulamhüseyn İsmaili tutduğu vəzifədən azad edilib. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, buna səbəb kimi son zaman məhbusların həbsxana nəzarətçiləri tərəfindən döyülməsi və işgəncəyə məruz qalması göstərilib.

 

Məlumata əsasən, Qulamhüseyn İsmaili Tehranın həbsxana rəisliyindən çıxarılsa da, o, Tehranın prokuroru və Apellyasiya məhkəməsinin başçısı  vəzifəsinə təyin olunub.

 

Bəzi təhlilçilər onun bu vəzifədən təqaüdə göndəriləcəyini ehtimal edir.

 

Xatırladaq ki, aprelin 17-də Tehranın Evin zindanının 350-ci korpusunda saxlanan siyasi məhbuslar qəfil hücuma məruz qalıb. Hücum siyasi məhbusların zindan məmurlarının kobud və təhqiramiz şəkildə yoxlama aparmasına etirazından, birgə inqilabçı himn və mahnılar oxumasından sonra baş verib.

 

Aprelin 23-də isə məhbusların qohumları İran prezidentinin binası qarşısında həbsxanada baş verən zorakılığa qarşı etiraz aksiyası keçirmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856
avatar

Oxşar yazılar