İranın Londondakı səfirliyi yenidən açılır
20 avqust 2015 22:27 (UTC +04:00)

İranın Londondakı səfirliyi yenidən açılır

İranın Londondakı səfirliyi yaxın günlərdə fəaliyyətini bərpa edəcək.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran XİN-dəki mənbə bildirib.

 

Qeyd olunur ki, səfirliyin açılması Böyük Britaniyanın İranda diplomatik nümayəndəliyinin açılması ilə üst-üstə düşəcək. Bundan əvvəl, diplomatik mənbələr səfirliyin açılmasının Böyük Britaniyanın xarici işlər naziri Filip Hammondun İrana səfəri çərçivəsində baş tutacağını bildiriblər.  “The Guardian” qəzeti bu səfərin avqustun 24-ə təsadüf edəcəyini yazıb.

 

Qeyd edək ki, 2011-ci ildə Böyük Britaniyanın Tehrandakı səfirliyi İrana qarşı sanksiya tətbiq edilməsinə etiraz edənlərin hücumuna məruz qalmışdı. Bundan sonra Böyük Britaniya İrandakı, İran isə Böyük Britaniyadakı səfirliyini bağlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 380

Oxşar yazılar