İranın BMT-dəki yeni səfirinə ABŞ viza vermir
01 aprel 2014 06:46 (UTC +04:00)

İranın BMT-dəki yeni səfirinə ABŞ viza vermir

Tehran hakimiyyəti BMT-yə yeni nümayəndə təyin edib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu, əvvəllər Belçika və İtaliyadakı İran səfirliyində diplomat olmuş Həmid Əbutalibidir.

 

İranın Xarici İşlər Nazirliyi diplomatına viza verilməsi ilə bağlı  ABŞ-a müraciət edib. Ancaq hələ bu müraciətə müsbət cavab verilməyib.

 

Buna səbəb kimi H.Əbutalibinin 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinin ələ keçirilməsində iştirakı göstərilib.

 

Xatırladaq ki, həmin aksiyanı ayətullah Xomeynini dəstəkləyən tələbələr həyata keçirmiş,  ABŞ səfirliyinin 52 əməkdaşının 444 gün girov saxlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 887
avatar

Oxşar yazılar