İranın BMT-dəki daimi nümayəndəsi bəlli oldu
28 yanvar 2015 22:51 (UTC +04:00)

İranın BMT-dəki daimi nümayəndəsi bəlli oldu

0

Qulaməli Xoşru İranın BMT-dəki yeni daimi nümayəndəsi təyin edilib.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Q.Xoşru 1989-1995-ci illərdə də həmin vəzifədə çalışıb.

 

Məlum olduğu kimi, 2014-cü ilin aprelində ABŞ Konqresində İranın BMT-yə təyin etdiyi Həmid Əbutalebin ölkəyə buraxılmamasına  dair qanun layihəsi qəbul edilmişdi. ABŞ hökumətinə görə, Əbutaleb 1979-cu ildə Amerikanın İrandakı səfirliyində girovların saxlanılmasında iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 337

Oxşar yazılar