İranın Şiraz şəhərində yerli vaxtla saat 04:21-də zəlzələ baş verib.
APA-nın İran.ru saytına istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Şirazdan 34 km aralıda yerləşib.
Eyni vaxtda Fars əyalətinin Lar şəhərində 3 bal gücündə zəlzələ olub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.