İranda sabiq nazirin oğlu həbs olundu
19 noyabr 2015 01:14 (UTC +04:00)

İranda sabiq nazirin oğlu həbs olundu

İranın sabiq mədəniyyət və islami irşad naziri Ətaullah Mühaciraninin oğlu Məhəmməd Möhsin Mühacirani həbs olunub. Trend-in Fars agentliyinə istinadən verdiyi məlumata görə, həbs olunan şəxs rüşvətxorluqda və 87 milyon dollar dəyərində itmiş neft platformasına dair cinayət işində ittiham olunur.

 

Qeyd edək ki, ötən il İranın Dəniz Təhsisatları Şirkətina məxsus və dəyəri 87 milyon dollar olan neft platformasının itməsinə dair xəbərlər ölkənin saytlarında yayımlanmışdı.

 

İran parlamentinin enerji komissiyası bu şirkəti yoxlamağa başladı və bu şirkətin iki direktoru haqqında cinayət işi açıldı. Altı ay sonra İranın məhkəmə sisteminin sözçüsü Qulam Hüseyn Möhsini Əjeyi həmin cinayət işi ilə əlaqədar bir nəfərin həbs olunduğunu elan etdi.

 

Sabiq nazir Ətaullah Mühacirani hazırda Londonda yaşayır. O, prezident Məhəmməd Xatəminin prezidentliyi dövründə mədəniyyət naziri vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 223
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35