Mayın 23-də İranda “Beyt-ül - Müqəddəs” adı altında hərbi təlim başlayıb.
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, ikigünlük hərbi təlimlər İsfahan əyalətinin Kaşan bölgəsini əhatə edəcək.
Hərbi tədbirdə İranın bir sıra texnikası sınaqdan çıxarılacaq.
İran quru qoşunlarının komandanı briqada generalı Əhmədrza Purdastan bildirib ki, əsas məqsəd ordunun döyüş qabiliyyətini yüksəlməkdir.