İyulun 15-də İranın Estəhban şəhərinin yaxınlığında sınaq təlimləri zamanı qırıcı qəzaya uğrayıb.
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, İran ordusunun Kohkiluye və Buyurəhməd əyalətindəki qoşun komandirlərindən olan Əmirhüseyn Məhəmmədi jurnalistlərə açıqlamasında deyib ki, qəza nəticəsində pilot və köməkçisi ölüb.
Əmirhüseyn Məhəmmədi təyyarə qəzasının təfərrüatı haqda danışmasa da, hadisənin texniki nasazlıq ucbatından baş verdiyini ehtimalı etdiyini bildirib.
Təyyarə qəzasında həlak olanların kimliyi haqda məlumat yayılmayıb.