İranda milyader edam olunub
24 may 2014 19:14 (UTC +04:00)

İranda milyader edam olunub

İranda “Arya” investisiya şirkətinin sahiblərindən, 3 trilyonluq (2,6 milyard dollar) korrupsiya işinin əsas müttəhimi edam edilib.


 

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, Əmir Mənsur Aria kimi tanınan bu iş adamı rüşvət vermək, çirkli pulların yuyulmasında iştirak etmək, qeyri-qanuni milyardlarla tümən pul almaq, korrupsiya və sövdələşmə ilə ölkənin iqtisadiyyatına xələl vurmaqda günahlandırılıb.

 

Qərar İran Ali Məhkəməsində təsdiq olunduqdan sonra mayın 24-də səhər saatlarında Tehranın Evin həbsxanasında icra edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2102
avatar

Oxşar yazılar