İranda iki bacı “MERS”-ə yoluxub
29 may 2014 03:48 (UTC +04:00)

İranda iki bacı “MERS”-ə yoluxub

İranda “MERS” (“Middle East Respiratory Syndrome” - Yaxın Şərq Nəfəs Yolu Sindromu) yoluxan ilk xəstə  aşkarlanıb.

 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ölkənin səhiyyə naziri Mehdi Quya mayın 28-də bildirib ki, xəstəliyin virusu Kirman əyalətində iki bacıda aşkarlanıb.

 

Onlardan birinin vəziyyəti ağırdır. 

Onlardan başqa bu ailənin daha iki üzvünün də virusa yoluxduğu ehtimal  olunur.
 

Ehtimala əsasən, onlar Səudiyyə Ərəbistanından gələn zəvvarlardan yoluxublar.
 

“MERS” xəstəliyi 2 il əvvəl Səudiyyə Ərəbistanında aşkar olunub. O vaxtdan bu xəstəliyin  dərmanı tapılmayıb. İndiyədək 600 adam xəstələnib, onların 175-i ölüb.

 

“MERS-Cov” adlanan bu virus 2003-cü ildə Asiyadan bütün dünyaya yayılan “SARS” virusunun daha ölümcül formasıdır.

Yoluxanlarda öncə adi qrip və soyuqdəymə əlamətləri görünür, ancaq qısa müddət ərzində xəstənin vəziyyəti ağırlaşır, ağ ciyərlər sıradan çıxır.
 
Ancaq həkimlər hələ ümidvarlıqla deyir ki, bu virus öncəki pandemiyalara nisbətən, insandan - insana daha uzun müddətli təmas zamanı keçir.

Britaniyadakı “Reading” Universitetindən virusoloqu İan Jones bildirib ki, indiki şərtlər altında həccə gedənlərin özəl qoruyucu tədbirlər görməsinə ehtiyac yoxdur: “Sadəcə istənilən yoluxucu xəstəlikdən qorunmaq üçün gördükləri tədbirlərə əməl eləsinlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1732
avatar

Oxşar yazılar