İranda homoseksuallar edam edildi
İnsan hüquqları müdafiəçiləri bildirirlər ki, İranda keçən həftə iki homoseksual barəsində edam hökmü verilib.
Lent.az-ın ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, Abdullah Qhavami Çahzənciri və Səlman Qhavami Çahzənciri razılaşdırılmış homoseksual əlaqələrinə görə avqustun 6-da edam ediliblər.
Hadisənin digər təffərrüatları, cinayətin detalları verilməsə də, yayılan rəsmi məlumatda edam olunanları "əxlaqsız zalımlar" adlandırırlar.
Qeyd edək ki, İranda homoseksual fəaliyyət həbs, fiziki cəza (şallaq) və ya ölüm hökmü ilə cəzalandırılır. İnsan hüquqları müdafiəçilərinin bildirdiyinə görə, təkcə 2014-cü ilin ilk yarısında ölkədə 400 nəfər edam edilib.
2005