İranda boşanmanın şadyanalıq edilməsi dəb halını alır
22 may 2014 06:28 (UTC +04:00)

İranda boşanmanın şadyanalıq edilməsi dəb halını alır

İran şəhərlərində boşanma halları ilə bağlı gecələrin keçirilməsi günü-gündən yayğınlaşır.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, rəsmi statistikaya əsasən, ölkədə  boşanma halları artmaqdadır.

 

Məlumatda bildirilib ki, boşanma ilə bağlı təşkil edilən gecələr elə təmtəraqlı olmur: bir dəstə qara qızılgül, iri tort, bir də özəl açıqca-dəvətnamə.

 

“Cümhuriyye-İslami” qəzetinə məxsus mağazalardan birinin yiyəsi boşanma qonaqlığına hazırlıq haqda deyib: “Əvvəlcə gül satanlara qara qızılgül sifarişi edilir. Sonra açıqca-dəvətnamə üçün bizə müraciət olunur. Həmin dəvətnamələrin üzərində belə yazılır: “Mən sənin üçün heç darıxmıram””.

 

“And içirəm: bir daha sevməyəcəyəm, hətta sevsəm belə, yalnız sənə vurulmayacağam” -açıqcalardan birinin üzərinə belə yazılıb.

 

Dükan sahibi onu da deyib ki, son iki ildə belə açıqcalara tələbat artıb.

 

Mənbənin məlumatına əsasən, hakimiyyət və din xadimləri boşanma qonaqlıqların dəb halını almasından rahatsızlıqlarını bildirir.

 

Rəsmi statistikaya görə, İranda nikahların 20 faizə yaxını boşanma ilə nəticələnir. Ötən il boşanmalar 4,6 faiz artdığı halda, evlənənlərin sayı 4,4 faiz azalıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2465
avatar

Oxşar yazılar